Cia.az xəbər verir ki,artıq 7-ci aydır ki, Gürcüstan respublikası Marneuli rayonunda azərbaycanlı jurnalistə edilən zorakılığa aid qaldırılmış cinayətə hüquq- mühafizə orqanları cavab vermirlər.
Yazıçılar Birliyinin üzvü , Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin təsisçisi və baş direktoru , Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə fiziki güc, mənəvi təhqir olunsa da Daxili İşlər nazirliyinin Marneuli Rayon prokurorluğuna ona edilən zorakılıqla bağlı hansı işlər görülüb sualına cavab verilməsini tələb etsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəyə başdansovdu yanaşıblar.Marneuli Rayon Polis şöbəsində jurnalistdən izahat alınsa da, cinayət işi açılmayıb.
Gürcüstanda Azərbaycandilli sayt rəhbərinin şikayətinə baxılmamaq onu göstərir ki, bölgədə azərbaycanlılara diqqət yoxdur. Hüquqları tapdalanan jurnalist haqqını tələb edir. Jurnalistin hüquqlarının bərpasına hüquq-mühafizə orqanları etinasızlıq göstərirlər. Jurnalist Nizami Məmmədzadə şəxsinə qarşı göstərilən fiziki güc və təhqirlə bağlı şəxsi facebook səhifəsində və rəhbərlik etdiyi saytda məlumat versə də, qocaman qələm adamına dəstək verən Azərbaycandilli media orqanı olmayıb.
Elida Muxayeva
