|
Mirələmovu əvəz edəcək təşkilat sədri məlum oldu

 

 

Bildiyimiz kimi,  qeyri-etik hərəkətlərinin əks olduğu videogörüntüsü yayıldıqdan sonra  Mirələmov YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edilmişdir. Cia.az xəbər verir ki, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında  Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun yerinə təyinat verilib.

 

Qərara əsasən, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyanın Xətai rayon təşkilatının sədri vəzifəsinə təyin edilib.