Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 584 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cia.az-a verilən məlumata görə, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 160, ikinci mərhələ üzrə 39 424 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 493 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 465 644, ikinci mərhələ üzrə isə 3 027 390 nəfər təşkil edir.

