İkinci Qarabağ müharibəsi zamanı həlak olmuş daha 2 erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.
Cia.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, cəsədin qalıqları Suqovuşan istiqamətində tapılıb.
Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1662-yə çatıb.
