|
Ali təhsil müəssisələrinə qəbul olmuş məzunlara müvafiq fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Şamaxı şəhəri Heydər Əliyev Parkında  ali məktəblərə yüksək balla qəbul olunmuş gənclərin bir qrupu ilə görüş keçirilib.

Cia.azxəbər verir ki, tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov təhsilin inkişafına göstərilən dövlət qayğısından,  Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə təhsil strategiyasının uğurla həyata keçirilməsindən  söhbət açaraq tələbə adını qazanmış bütün məzunları əldə etdikləri yüksək nəticələr münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Millət Vəkili Tamam Cəfərova da gəncləri təbrik edərək dövlətimizin daha da çiçəklənməsi və inkişafı naminə təhsil alacaqları ali təhsil müəssisələrində daha çox biliklər əldə etmələrini onlara tövsiyə edib.

Tədbirdə yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olmuş məzunlara müvafiq fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.