|
Sədrlik əldən getdi

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu gün keçirilən iclasında partiyanın Bakı şəhəri üzrə təşkilat sədrləri yeniləri ilə əvəz edilib.

Cia.az xəbər verir ki,  Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı,Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Nizami rayon təşkilatının sədri deputat Sədaqət Vəliyeva üçün sədrlik fəaliyyəti sona yetib.

Onların yerinə sözügedən təşkilatlara yeni sədrlər təyin edilib. Belə ki, Ramin Vəlibəyli Nizami rayon təşkilatının, Bəxtiyar Nəbiyev Yasamal rayon təşkilatının, Azər Süleymanov Nəsimi rayon təşkilatının, Muxtar Nağıyev Səbail rayon təşkilatının sədrləri seçilib.

 

Xatırladaq ki,, T.Əhmədov və Ş. Hacıyev 2015-ci ildən sözügedən rayon təşkilatlarına sədrlik edib.