|
"Mançesterə tətilə gəlməmişəm” - Ronaldo

"Mançester Yunayted”in yeni transferi Kristiano Ronaldo açıqlama verib.

Cia.az xəbər verir ki, “qırmızı şeytanlar”la məşqlərə başlayan portuqaliyalı hücumçu, Mançesterə istirahət üçün gəlmədiyini deyib:

 

“Mançesterə tətilə gəlməmişəm. Yenidən qazanmaq üçün burdayam. Bunu bacara bilərik. Komanda yoldaşlarım və mən bu mübarizəyə hazırıq. Qarşıdakı üç-dörd ildə yaxşı şeylərin olacağını hiss edirəm”.