|
Ölkənin dörd bir tərəfinə səpələnmiş malikanə və villalar dəyər-dəyməzinə satılır

Verilən məlumata görə, sabiq deputat İlham Əliyev təyin olunan vergi cəriməsini ödəmək üçün 1 ay vaxt istəyib


Eks deputat, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 4 milyon manat vergi borcu var və Vergilər Nazirliyi həmin borcun ödənməsi üçün hərəkətə keçib. “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, İ.Əliyevin nəzarətində olan biznesə daxil olan obyektlər büdcəyə vergi verməyiblər. Ötən ildən başlayaraq Vergilər Nazirliyinin əməkdaşları İlham Əliyevin çoxsaylı biznes obyektlərində araşdırmalara başlayıb. İlkin olaraq, 4 milyon manat verginin büdcədən yayındırıldığı üzə çıxıb. Bu rəqəmin 10 dəfə arta biləcəyi ehtimalı da var. Verilən məlumata görə, İlham Əliyev təyin olunan cəriməni ödəmək üçün 1 ay vaxt istəyib.

Eyni zamanda gələn məlumatda deyilir ki, o, nəzarətində olan varidatı tələm-tələsik “özgəninkiləşdirməyə” çalışır. Ölkənin dörd bir tərəfinə səpələnmiş malikanə və villaları da dəyər-dəyməzinə sataraq pulları xaricə çıxarmağa çalışır.
Həmin əmlaklardan biri də Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşir. Rüfət & Aynur agentliyi üzərindən satışan çıxarılan 600 kvadrat metrlik villaya görə İlham Əliyev 1 milyon 300 min manat pul istəyir. Elanda bildirilir ki, villa Şüvəlan qəsəbəsində prestijli yerdə yerləşir, yola yaxındır və 33 sot ərazisi var. Qeyd olunur ki, villa inşa ediləndən sonra orada kimsə yaşamayıb. 600 kvadrat metrlik villada 1 qonaq, 4 yataq otağı, 5 sanitar qovşaq, yardımçı otaq var. Villanın tavanının hündürlüyü 4 m, otaq qapılarının hündürlüyü 2 metr 6 santimetrdir. Villa kombi sistemi vasitəsilə qızdırılır, mətbəxdən besedkaya çıxış var. Manqal, fəvvarə, çoxlu sayda bar verən ağaclar, 3 qaraj, mühafizəçi üçün ev, camaşırxana və s. Qaz, içməli su xətti, işıq, çıxarış (kupca) da var.

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində "Azəraqrotikinti" şirkətinin filial müdiri Nüsrət Ömərov şahid qismində dindirilib.
Şahid bildirib ki, "Azəraqrotikinti" şirkəti keçirilən tendərlərdə qalib gəlib, şirkətə təmir bərpa işləri üçün 31 milyon manat pul ayrılıb.
Onun sözlərinə görə, həmin məbləğ İncəsənət muzeyinin təmiri üçün sərf olunub.
Bundan sonra hakim "həmin muzeydə dəfələrlə olmuşam, 31 milyon çox böyük vəsaitdir, nəyə sərf etmisiniz?" deyə şahidə sual ünvanlayıb.
Şahid deyib: "Bizim filiallar var idi, mən baş idarədə işləyirdim, muzeydə restavrasiya işləri aparılırdı".
Proseslərdə şirkətlərin tenderlərdə neçə qalıb gəlməsi məsələsi müzakirə edilən zaman sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin məhkəməyə dəvət edilməsi istənilib.
Şahid də Əbülfəz Qarayevin məhkəməyə çağırılb dindirilməsini istəyib.
Z.Sulatanov da sabiq nazirin məhkəmədə dindirilməsinə etiraz etməyib.

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2254 yeni yoluxma faktı qeydə alınıb, 3655 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada nəfər 35 nəfər COVID-19-dan dünyasını dəyişib.

Bu və gündəmdəki digər mövzular bu gün saat 13.10-da aparıcı Sevinc Telmanqızının təqdimatında şərh ediləcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.