|
Bu görüntülərdən sonra din xadimlərinin tanrısına etiqadmı qalar?

 

Son günlər ölkə gündəmini zəbt edən virtual seks qalmaqalı bitmək bilmir. intim videolardan uşaqdan böyüyə yəqin ki, hamı xəbərdardır.Sözün doğrusu, xəcalət çəkmirəm desəm, yalan olar. Evində uşaq böyüdənlər nə desin balalarına, necə açıqlama verək, “vəzifə tutanlara qarşı tələdir”, desək, üstlərindəki paltarı soyunub atmaq performansına necə bəraət qazandırasan? İntim videosu yayılanların xəcalət çəkib, çəkmədiyini deyə bilmərəm,amma evində uşaq böyüdən  hər bir valideyn cəmiyyətimizdə belə tərbiyəsizliklərin baş verdiyi üçün övladı qarşısında xəcalət təri axıdır.

Hamıya məlumdur ki, sözügedən videogörüntülər Göyüşovun vurğuladığı kimi, vəzifə tutanların  ictimai-siyasi nüfuzuna ləkə gətirmək üçün qurulmuş tələdir. Lakin tələyə düşməmək üçün insan həddən ziyada ağıllı olmalı deyil, sadəcə əxlaqlı bir qədərdə ağıllı olmalıdır. Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Göyüşovun belə tez aldanıb, ağ saqqalına, yaşına, yaraşmayan hərəkətlərinə qınaq qamçıları çəkmədən müzakirə etmək qeyri-mümkündür.Göyüşovun yaşı seksi ancaq şəriət qaydalarına uyğun yaşamağa icazə verir.

El arasında belə bir söz var “Insanlar dəli olanda mollanın yanına gedir, molla dəli olanda hara getsin?”

Məşhur din xadimi Kərbalayi Yadulla da çılpaq görüntüləri ilə dindəki naməhrəm anlayışına kökündən balta vurdu. Sonra deyirlər, axirət yaxınlaşır, insanlar dindən , mənsəbdən uzaq düşüblər. Bu görüntülərdən sonra insanlarda din xadimlərinə inam, beş kəliməsindən üçü Allah olan  din xadimlərinin tanrısına etiqadmı qalar? Dinimiz insanlara nəfsinə hakim olmağı məsləhət bilsə də, nəfsinə hakim kəsilə bilməyib virtual seks yaşayana  din xadimi statusu vermək gülməli və absurddur.

Şəxsi həyatı sosial şəbəkələrdə müzakirə etmək kiminsə yataq, yarıçılpaq videolarını yaymaq qanuna zidd olsa da, belələrinin iç üzünü açıb, maskasını cırmaq üçün  ən münasib yoldur. Yoxsa, Kərbalayilərin əslində qadın düşkünü olduğunu , etiqad etdiyi yaradandan çox şeytani yaradılışı qadını, şəhvəti sevdiyini camaat haradan bilsin. Uzun əbaların, qara saqqalların, konusvari papaqların, uzun-uzadı moizələrin, kölgəsində  insanın əslini görmək axı mümkün deyil.

Yeni trendin növbəti qəhrəmanı erotik hərəkətlər edən gənc qızın  seksual hərəkətllərinə qarşılıq verən illərdir kreslosundan tərpənməyən, qadın zənginə dik atılan Gürcüstanın azərbaycanlı deputatı Ruslan Hacıyevdir.

Adı çəkilən  şəxslərin intim videoları şəxsi həyata müdaxilə qanunsuzluq olsa da, siyasətlə məşğul olan siyasətçilər vəzifənin məsuliyyətini dərk etmir, başları eyş-işrətə o qədər aludə olur ki, sonda çılğın ehtirasın məsum qurbanı obrazını yaradırlar.

Elida Muxayeva

Cia.az