Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibə etmək ehtimalının olduğunu qəbul edib.
Cia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Zelenski Rusiya ilə münasibətlər barədə danışdığı forumda Ukraynanın heç vaxt Rusiyanın bir hissəsi olmayacağını dilə gətirib:
“Rusiya ilə müharibə etmək ehtimalı var, ancaq bu ən böyük səhv olardı. Onu da qeyd etmək istəyirəm ki, Ukrayna heç vaxt Rusiyanın bir hissəsinə çevrilməyəcək”.
