ABŞ Konqresinə Türkiyə-Ermənistan layihəsi müzakirə edilmək üçün təqdim edilib.
Cia.az-ın məlumatına görə, ABŞ prezidenti Barak Obamaya "Türkiyə-Ermənistan münasibətlərinin gələcək 100 ildə iki ölkənin ortaq maraqlarına söykənən ədalətli, konstruktiv, sabit və daimi istiqamətdə irəliləməsinə çağırış"ı nəzərdə tutan qanun layihəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərilib.
"Obamanın 2009-ci ildən indiyə kimi Türkiyə ilə Ermənistan arasındakı əlaqələri inkişaf etdirmək istəyi" sözlərinin olduğu layihədə ABŞ prezidentinin yaxın 2 ildə iki ölkə arasında münasibətlərin yaxşılaşmasını gözlənildiyi qeyd olunub.
Bununla belə indiyə kimi Türkiyə ilə Ermənistan aarsında diplamatik əlaqələrin yaradılmasına edilən cəhdlərin uğursuz olması layihədə yer alıb.
Cia.az
