|
Gənc jurnalist saxlanıldı

Azadinfo.az saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, o hədə qorxu ilə tələb etməkdə təqsirləndirilir. 

 

Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək. 

Xatırladaq ki, "Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.