“TURKOVAK”ın təcili istifadəyə verilməsi üçün müraciət mərhələsinin vaxtı çatıb.
Cia.az -ın xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın növbəti iclasdan sonra açıqlamasında bildirib.
Nazir deyib ki, yeni növ koronavirusa (COVID-19) qarşı Türkiyənin yerli istehsalı olan “TURKOVAK” bu gün ikinci bir müəssisədə kütləvi şəkildə istehsal ediləcək infrastruktura malik olub: “Təsdiq ediləcəyi təqdirdə oktyabr ayında kütləvi istehsala başlayacağıq”.
F.Qoca deyib ki, inaktiv peyvəndi olan “SİNOVAK”la “TÜRKOVAK”ın müqayisəli üçüncü faza fəaliyyətləri sabah başa çatmış olacaq: “Gələn həftə bu araşdırmaların nəticəsi açıqlanacaq”.
Nazir onu da deyib ki, inaktiv peyvəndlərin orqanizmdə müqavimət yaratmaq qabiliyyəti adətən 3 ay sonra itdiyi üçün, yenidən peyvəndolunma tövsiyə edilir.
