|
Bakıda 16 yaşlı oğlanı bıçaqladılar

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Cia.az xəbər verir ki, hadisə metronun Koroğlu stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, naməlum şəxslər 2005-ci il təvəllüdlü Əhmədov Əhməd Elçin oğluna bir neçə bıçaq zərbəsi vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.