Gürcüstanın idman naziri Levan Kipianinin istefa verməsi hökumət böhranına səbəb olub.
Cia.az-ın məlumatına görə, daha öncə 6 nazir istefaya getdiyindən baş nazir höküməti buraxmaq məcburiyyətində qalıb.
20 nazir və baş nazirdən ibarət olan hökümət kabineti ölkə konstitutsiyasına görə buraxılmalıdır. Çünki qanunla hökumət üzvlərinin 1/3-i istefa verdikdə parlament yeni hökumətə etimad məsələsini gündəmə gətirməlidir.
Hazirda baş nazir İrakli Qaribaşvilinin yeni bir nazir seçə bilməyəcək durumda olduğu bildirilir.
Gürcüstan mətbuatı yeni hökümətin yaxın bir həftə ərzində formalaşacağını xəbər verib.
Cia.az
