|
Şəhidimizin evinin yerləşdiyi küçə təmir olundu

Xəzər rayonunun sakini, Vətən müharibəsi şəhidi Axundov Mirzə Musa oğlunun həyat yoldaşı Sübnaz Axundova  14 saylı Xəzər Seçki dairəsindən Milli Məclisin deputatı Soltan Məmmədova müraciət edərək, ona məxsus fərdi yaşayış evinin yerləşdiyi küçədə yolun təmirinə kömək göstərilməsini xahiş edib. 

"Cia.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilib, yolun təmiri üçün müvafiq tədbirlərin görülməsi xahiş olunub. Qısa müddət ərzində 400 metr uzunluğundakı yol təmir olunaraq, istifadəyə verilib. 

 

Qeyd edək ki, Azərbaycan Ordusunun baş giziri olan Mirzə Axundov İkinci Qarabağ-Vətən müharibəsi zamanı Tərtər rayonunda Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Mirzə Axundovun 3 övladı əmanət qalıb.  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Hazırda, Vətən müharibəsi şəhidləri İman və Bəhram Məmmədzadə qardaşlarının atası, Binə qəsəbəsi sakini Elman Məmmədzadənin fərdi yaşayış evinə gedən 1400 metr uzunluğundakı yolun təmiri də davam etdirilir.