|
İngilis dili müəllimi koronavirusun qurbanı oldu

Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib.

Cia.az xəbər verir ki, Balakən şəhər Nizami adına 1 nömrəli tam orta məktəbin müəllimi Vüqar Həsənov COVID-19 xəstəliyindən dünyasını dəyişib. 

 

O, məktəbdə ingilis dili fənnini tədris edib.