|
Tatarıstanda yol qəzasında uşaq da xəsarət aldı

Tatarıstanda ağır yol qəzası baş verib.Cia.az “İnterfaks”a istinadən xəbər verir ki, Kazan-Orenburq yolunda minik avtomobili ilə mikroavtobus toqquşub.

 

İlkin məlumatlara görə, qəza nəticəsində 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Bir uşaq da daxil olmaqla digər yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.