|
Ceyhun Bayramov  Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Cia.az a verilən xəbərə görə, tərəflər Türk Şurasının gündəliyində duran geniş spektrli məsələlər, qarşıdan gələn tədbirlər, xüsusilə də cari ildə İstanbulda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələlərini ətraflı müzakirə ediblər.