Türkiyənin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarına (PUA) dünyada böyük maraq var”. Cia.az ın məlumatına görə, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Anadolu” agentliyinə açıqlamasında deyib.
Bayraktar bildirib ki, xüsusən İdlib və Qarabağdakı müharibədən sonra Türkiyənin “Bayraktar TB2” PUA-sına maraq çox artıb.
“Hətta bəzən elə olur ki, “Bayraktar TB2” üçün sifarişləri yerinə yetirməkdə çətinlik yaranır”, - deyə S. Bayraktar qeyd edib.
O, indiyə qədər 10-dan çox sazişin imzalandığını vurğulayıb.
