Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həbsxanada koronavirusdan vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev ilə bağlı açıqlama verib.
Cia.az xəbər məlumatına əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.08.2021-ci il tarixli qərarı ilə vəzifə cinayətlərinə görə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu sentyabrın 8-də müalicə aldığı dünyasını dəyişib
Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri (“buzlu şüşə”) aşkar olunaraq “COVID-19 infeksiyasına yoluxma” diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.
Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib.
