|
XİN dünya ictimaiyyətini Ermənistanın azərbaycanlı məktəblilərə qarşı cinayətlərini araşdırmağa çağırdı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 9 sentyabr Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı məlumat yayıb.

XİN qeyd edir ki, Azərbaycan Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolunun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərəfidir.

Bildirilir ki, Azərbaycan Respublikası uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə qətiyyətlə və davamlı olaraq dəstək verir.