|
Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub.

 

 

Cia.az xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat coronavirusa yoluxması barədə məlumat verib . Kazımova xəstəliyi ağır keçirdiyini bildirib:

"Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim çox ağrıyırdı, özümü halsız və gücsüz hiss edirdim. Bəxtimə çox gözəl həkim düşdü. Onun mənə yazdığı müalicə sayəsində 10 gün ərzində sağaldım. Doğurdan da ağır xəstəlikdir. Hazırda hər şey yaxşıdır. Özünüzü qoruyun. Bütün xəstələnənlərə şəfa diləyirəm".