|
Məşhur türk aktyordan pis xəbər

Azərbaycan tamaşaçısının "Öylə bir keçer zaman ki" serialındakı Ali bəy rolu ilə tanıdığı Erkan Petekkaya əməliyyat olunub.
Cia.az-ın məlumatına görə,  bu haqda aktyorun tərəf müqabili Nurgül Yeşilçay sosial şəbəkədə məlumat yayıb. Səhhətində problem yaranan məşhur aktyor dünən səhər saatlarında təcili şəkildə cərrahiyyə əməliyyatı edilib.
Hazırda Star TV-de yayımlanan “Paramparça” serialının baş rol ifaçısı Erkan Petekkaya uzun müddətdir böyrək ağırılarından əziyyət çəkib. Böyrəyindəki daşların yaratdığı sancılarla boğuşan Petekkaya bir müddət dərman müalicə alıb. Ağrılar fayda verməyincə aktyor çarəni cərrahi müdaxilədə gördü.
Erkan Petekkaya Acıbadem xəstəxanasında əməliyyat olunub.

Cia.az