|
İdarə rəisi əlilləri lazımi səviyyədə təhqir etməkdən zövq alır

 Vaqif Səlimovun həyata keçirdiyi idarəçiliyin mahiyyəti yenidən mətbuatın  müzakirəsinə çevrilib. Səhhətində ciddi problemi olan  Vaqif Səlimov uzun müddətdir bu vəzifəni icra edir. Su təsərrüfatı sahəsinin peşəkarıdır. Vaqif Səlimovun rəhbərlik etdiyi Xaçmaz rayon Suvarma Sistemləri idarəsində bir hektar sahənin suvarma suyu ilə suvarılması üçün 44 manat pul tələb olunur. Dövlət rüsumu  2 man. 50 qəp. müəyyən olunsa da, bu idarədə dövlətin müəyyən etdiyi məbləğə məhəl qoyan yoxdur. Ən dəhşətlisi isə odur ki,  sahibkarlardan hər hektara görə 44 manat pul alınsa da, su təminatı davamlı ödənilmədiyindən yay günlərində bağçılıq, bostançılıq təsərrüfatı ilə məşğul olan sahibkarlara  ciddi maddi zərər dəyib. Zərər çəkən vətəndaşlar Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin önünə yığışıb  Səlimova  etirazlarını açıq formada ifadə ediblər.Səlimovun yarıtmaz idarəçiliyinə misal olaraq Qarabağ müharibəsi əlillərinin avqust ayında keçirdikləri etiraz aksiyasını göstərmək olar. idarə rəisi əlilləri lazımi səviyyədə təhqir etməkdən zövq alır. Səlimovun qanunsuz əməllərini Zakir Quliyevə arxalanaraq həyata keçirir. Səlimov bir neçə gün bundan öncə ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın doğum günü bağlı keçirilən tədbirlə əlaqədar, media qurumlarından birində öz imzasını yazdırmaq şərtilə məqalə dərc etdirir. Tərəfimizdən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, qeyd olunan məqalənin sonunda Vaqif Səlimovun imzası getsə də, əslində həmin məqalə bu şəxsin beyninin məhsulu deyil, vaxtilə başqa müəllifin hazırladığı yazıdır. Əslində bu cür addımın adı plagiatlıq, başqa şəxsin məhsulunu oğurlayıb özününkülışdirmək deməkdir.Bəli, hər kəsə o da aydındır ki, Vaqif Səlimov hazırda həm belə bir idarəçiliyini həyata keçirir, həm də təqaüdə çıxacağı günlərini gözləyir. Əsas məqam ondan ibarətdir ki, bu şəxsi iş başında tapmağın özü müşkül məsələ olur. Tutaq ki, hansısa bir problemlə bağlı şəxsən onun özünə hansısa sualı verib cavab əldə etmək istəyirsən, o halda telefona cavab verən xanım katibə “Vaqif müəllim işdə yoxdur, işə nə vaxt gələcəyi haqda da məlumatım yoxdur” deyə cavab verir. Bu cür cavabların verilməsi, əslində Vaqif Səlimovla bağlı şübhələrin birəbeş artmasına səbəb olur. Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, bu şəxs daha çox gəlir əldə etmək üçün yerlərdəki su istifadəçiləri birlikləri ilə müqavilələr bağlayır və suvarma üçün nəzərdə tutulan suyu onlara verir. Su istifadəçiləri birlikləri də, onların ixtiyarına verilmiş suvarma suyunu ehtiyacı olan şəxslərə baha qiymətə satıb, əldə olunan gəlirlərin daha çox hissəsini Vaqif Səlimova çatdırırlar. Unutmaq olmaz ki, həmin şəxslərin tam əksəriyyətinin bu və digər yollarla Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisinə bağlı olduğu bildirilir.Qısa bir xatırlamanı yada salaq ki, xeyli müddət bundan öncə Vaqif Səlimovun iş otağında Melorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadə “Benladen” adlandırılmışdı. Bu cür yanaşmanın varlığı onu sübut edirdi ki, Vaqif Səlimov öz rəhbərinə “dönük çıxan” vəzifə sahiblərindəndir. O halda sual oluna bilər ki, görəsən idarə rəisi vəzifəsini daşıyan bu şəxs yeni rəhbərinə qarşı da “dönük çıxacaqmı?” və onu nə adlandıracaq?