Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) xəbərdarlıq edib.
Cia.az-ın NİİM-in mətbuat xidmətinə istinadən verdiyi məluamta görə, Ziya Bünyadov prospekti Əsas yol Koroğlu metrosu istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Qeyd edək, bu gün ərzində Ziya Bünyadov prospektində qeydə alınan 3-cü yol-nəqliyyat hadisəsidir. Sürücülərə nəqliyyat vasitələrini daha ehtiyatla idarə etmələrini, sürət həddini aşmamalarını və ara məsafəsini gözləmələrini tövsiyə edirik.
Cia.az
