|
Təhsil şöbəsində yoxlamalar aparılıb, məktəb direktoru, 6 metodist işdən uzaqlaşdırılıb

Təhsil eksperti Elşən Qafarov Təhsil Nazirliyinin Abşeron Rayon Təhsil Şöbəsində yoxlamalar aparıldığını açıqladı.

Cia.az məlumat verir ki, E.Qafarov  bildirib ki, yoxlamalar aylardır davam edir:

"Yoxlamaların ilkin nəticələri artıq məlumdur. 20-yə yaxın rəhbər vəzifəli şəxs işdən azad edilib. Sözügedən şəxslər Abşeron Rayon Təhsil Şöbəsinin müdiri, metodkabinet müdiri, İnsan Resursları Şöbəsinin müdiri, 7 məktəb direktoru, 6 metodist olub".

Mövzu ilə bağlı saytımıza açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sözügedən məsələ ilə bağlı məlumatlı deyil:

"Bu cür xəbərləri adətən Təhsil Nazirliyinin özü yayır. Belə bir məlumat olacaqsa, ictimaiyyətə məlumat veriləcək".