|
Cəlilabadlıların qulağı səsdə

 

Cia.az xəbər verir ki, ,Bakı şəhərinin Nizami rayonu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu , Göygöl, Cəlilabad, Kürdəmir, Şəmkir, Lerik rayonlarına icra başçısı təyin olunmayıb. Bildiyimiz kimi 7 rayonumuz  icra başçısı təyinatı gözləməkdə hələ də davam edir

Məsələ sosial medianın gündəmində

Sosial şəbəkədələrdə İcra başçısı vəzifəsinə  iddialı bir neçə namizədin adı hallanmaqdadır.

Məsələ medianın və sosial şəbəkənin ciddi müzakirə etdiyi mövzulardandır.

Comentlərin əsasını   başsız qalmış rayonlara düzgün başçı seçimi təşkil edir.

Bunlardan biri  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rafiq Cəlilovdur. Məlumata görə, keçmiş Əmlak Komitəsi sədrinin müavini vəzifəsində də uzun illər işləmiş və adı qalmaqallarda hallanmış Rafiq Cəlilov Cəlilabadın İcra başçılığına namizəddir.  Müşahidəçilərin əksəriyyəti isə  bu gözləntinin real olmadığını düşünürlər.

Qudalarıın sərgüzəştləri

 Rafiq Cəlilov  Rabitə Nazirliyində uzun illər nazir müavini postunu zəbt etmiş İltimas Məmmədovla qudadır. İltimas Məmmədovdur  nazirlikdə həyata keçirilən əməliyyatla gündəmə gələn sensasiyalı faktlarda ismi siyahının ön sıralarını bəzəyib. Hətta Bakı Telefon Rabitəsi Birliyinin sabiq rəisi ilə naziriliyin aparat rəhbəri Vidadi Zeynalov məhkəmədə onun adını hallandıraraq,  həm aylıq “paket”, həm də digər mənimsəmələri dilə gətiriblər.

Cəlilovun macəraları

 Rafiq Cəlilovun komitədə işlədiyi zaman adını xoşagəlməz hadisələrdə  hallanması,  iş adamlarına fiziki şiddət,  əmlaklarının mənimsənilməsi və s. məsələlərdə adının hallanması göstərilir.

 

 

Mətbuat qəhrəmanı Cəlilov

 Rafiq müəllimin komitə sədrinin müavini vəzifəsini icra edərkən etdiyi xətalar mətbuatın gündəmindən düşmürdü .

Son illər təyinatlara  üstünlük verən ölkə rəhbərliyinin Rafiq Cəlilovun icra başçısı təyinatı qeyri-mümkün məsələdir.

Cəlilabadlıların qulağı səsdə

Vəzifə tutmaq istəyən Cəlilov kimi Cəlilabadlıların da gözü yolda, qulağı səsdədir ki, problemləri ilə maraqlanıb onların həllində maraqlı olan başçı təyin olunsun.

Cia.az