|
İlahiyyatçı Hacı Zahir Mirzəvini bıçaqlayan şəxsə hökm oxundu

İlahiyyatçı Hacı Zahir Mirzəvi bıçaqlayan şəxsə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan 1985-ci il təvəllüdlü̈ Saday Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Hökmə əsasən S.Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror S.Məmmədovun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hadisə şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində baş verib. Məhkəmə araşdırması zamanı ilahiyyatçı S.Məmmədovu bağışlayıb.

Bildirək ki, S.Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.