|
Gürcüstanda karantin cərimələri ləğv edilir

 

 Gürcüstanda karantin qaydalarının pozulmasına görə tətbiq edilən,  ödənməmiş cərimələr ləğv olunacaq.

Cia.az ın  xəbərinə görə, məsələ çoxdandır gündəmdə olub, müzakirə olunsa da, qərar qüvvəyə minməmişdir.Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçirdiyi brifinqdə

Qərarın qüvvəyə mindiyini , özünütəcrid və karantin qaydalarının pozulmasına, tibbi maska taxmamağa görə  cərimə olunan  şəxslər parlamentə təqdim edilən iki qanun layihəsi əsasında ödənişdən azad ediləcək.

İ. Qaribaşvili qeyd edib ki, 245 min vətəndaş, habelə 344 hüquqi şəxs bundan yararlanacaq.

Əfv olunan cərimələrin ümumi məbləği 76 milyon lari (41 milyon manat) civarındadır.