Bu gün Operativ qərargahınyeni tədris ili ilə bağlı mətbuat konfransında verilən qərara əsasən, 22 sentyabr tarixindən ibtidai siniflərdə əyani tədris bərpa olunacaq. 29 sentyabr tarixindən isə 5- 11 ci siniflərdə tədrisin əyani forması təşkil olunacaq . Əyani tədrisin bərpası üçün profilaktik tədbirlər start götürüb . Məktəbə daxil olan şagirdlərin hərarəti ölçüləcək, hərarət göstəricisi 37 C olan şagirdlər sinif otaqlarına buraxılmayacaq. Həmçinin məktəblərdə xüsusi izolyasiya otaqları hazırlanıb.
Vaksinasiya yaşı 16 yaşdan yuxarı qeydə alınsa da, 18 yaşdan aşağı şagirdlərin vaksinasiyası məcburi olmayacaq. Məktəblərin işçi heyətindən Covid pasportu və yaxud immunitet göstəricisi tələb olunsa da, valideynlərdən Covid pasportu tələb edilməyəcək.
Cia.az
