|
"Vaksin olunmayanlara güzəşt olunmayacaq" - Nazir

"Təhsil Nazirliyi olaraq  təhsil müddətinin arası kəsilən olmasını arzu etmirik".

Bunu Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirillən brifinqdə bildirib. O qeyd edib ki, sentyabr ayında ixtisar olunan 5 günlük təhsil müddəti noyabr tətili ilə əvəzlənəcək.

Nazir onu da əlavə edib ki, istər tələbələr, istərsə də digər təhsil işçiləri vaksinasiyadan keçməlidirlər. Bununla bağlı hər hansı güzəştin olacağını düşünmürük. Burada ictimai məsuliyyət önəm daşıyır.