"Qədim və köklü çinarın budaqları olan Türkiyə və Azərbaycan "bir millət, iki dövlət!" anlayışı ilə bir yumruq olmağa davam edir".
BU barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd olunub ki, Azərbaycanın Hərbi Dəniz Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları sentyabrın 6-dan Laçında "Birgə Komando Əməliyyatı" təlimi keçirir. Təlimlər sentyabrın 10-dək davam edəcək.
Qeyd edək ki, sentyabrın 6-da Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.



