|
Gürcüstan azərbaycanlıları Saakaşvilinin qayıtmağını istəyir

 

Cia.az xəbər verir ki, Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvili öz şəxsi facebook hesabında Gürcüstan azərbaycanlılarından yazıb. Saakaşvili hakimiyyətini dəstəkləyən azərbaycanlılar bu dəfə “Aktual Sorğu” televiziya verilişində iştirak edərək, 95% -i  Saakaşvilinin Gürcüstana qayıtmasını arzu etdiklərini bildiriblər.  Sorğunu cavablandıran soydaşlarımız Saakaşvilinin hakimiyyəti dövründə sülh, əmin-amanlıq içində yaşadıqlarını vurğulayıblar.

Xatırladaq ki, Gürcüstanda Saakaşviliyə cinayət işi açılıb və ölkəyə girişi qadağan olunub.