|
İmişlidə baş vermiş qəzada 2 nəfər ölüb

İmişlidə baş vermiş avtoqəzada 2 nəfər ölüb, bir nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Cəfərli kəndində qeydə alınıb. Motosikletlə "VAZ 2115" markalı avtomobilin toqquşması nəticəsində motosikletdə olan 3 nəfərdən biri hadisə yerində, digəri - Əliqulular kənd sakini, 1987-ci il təvəllüdlü Şiraslanov Zamin Bəhlul oğlu isə Şirvan xəstəxanasında ölüb. Bir nəfər - 2007-ci il təvəllüdlü Musayev Elbay Xasay oğlu yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.