|
Ermənistan millisini darmadağın edən məşqçi Almaniyada tarixə düşüb

Hans Flik Almaniya millisinin tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, mütəxəssis yığmanın baş məşqçisi postunda ən uğurlu debütə imza atıb.

Bundestim Flikin rəhbərliyi altında ilk 2 oyunda qələbə qazanıb. Komandanın top fərqi isə “+8”ə bərabərdir. Bu da mütləq rekorddur.

Almaniya millisi DÇ-2022-nin IV turunda Lixtenşteyni 2:0, V turunda Ermənistanı 6:0 hesabı ilə məğlub edib.