|
Səhiyyə Nazirliyinin aparat rəhbəri öz ərizəsi ilə işdən azad olunub -SN

Səhiyyə Nazirliyinin (SN) Aparat rəhbəri Nadir Zeynalov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, Nadir Azər oğlu Zeynalov 2019-cu ildə sabiq səhiyyə naziri Okray Şirəliyevin əmri ilə bu vəzifəyə təyin olunub. Bu vəzifəyə kimi isə Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb.