|
Sızanaqlardan bu yolla qurtulun
Sızanaqlara qarşı maskalar təkcə səpkilərdən xilas olmaq üçün yox, eyni zamanda dərinin ümumi vəziyyətini də yaxşılaşdırmağa kömək edir.

Axşam.az Türkiyə mətbuatına istinadən kök maskasını təqdim edir:

 

Bir ədəd qaynadılmış kökün üzərinə 1 yemək qaşığı bal və yarım limonun suyunu əlavə edin. Alınan məhlulu 30 dəqiqə üzünüzdə saxlayın. Daha sonra ilıq su ilə durulayın.

Qeyd edək ki, maskanı həftədə 2-3 dəfə istifadə edə bilərsiniz.