|
Toy tarixləri bəlli oldu
Türkiyənin məşhur cütlüyü, aktrisa Vildan ilə müğənni Mehmet Erdem evlənir.

Axşam.az xəbər verir ki, bir müddətdir evlilik qərarı alan cütlüyün toy tarixi bəlli olub. Konsertin ardından açıqlama verən Mehmet yaxın günlərdə nikah masasına əyləşəcəklərini bildirib:

 

"Düzdür, nişanlandıq. Gələn həftə ailə arasına sadə bir toy mərasimi keçirəcəyik".

Cütlüyün toyunun sentyabrın 9-da lüks otellərdən birində olacağı öyrənilib.