"TRT1"də yayımlanan "Teşkilat" serialında baş rolu canlandıran Çağlar Ertuğrulun şəxsi həyatı ilə bağlı yeni iddia ortaya atılıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktyorun 3 ildir eşq yaşadığı Kayla Manukyanla yollarını ayırdığı bildirilib. Sosial media hesablarında biri-birini izləmədən çıxaran cütlük hələlik bununla bağlı açıqlama verməyib.
Qeyd edək ki, cütlük "Fazilet hanım ve kızları" serialının çəkiliş meydançasında tanış olub.
