|
ABŞ-da silahlı insident nəticəsində biri azyaşlı olmaqla 4 nəfər ölüb

ABŞ-ın Florida ştatında silahlı insident nəticəsində biri azyaşlı olmaqla 4 nəfər ölüb.

APA xəbər verir ki, məlumatı dairə şerifi Polk Qredi Jadd təsdiq edib. Silahdan atəş açan narkotik istifadəçisi olub. O, 4 nəfəri güllələdiyini etiraf edib.

Hadisə nəticəsində daha bir qız yaralanıb.