|
Qırğızıstan KİV-İ: "Xarici dövlətlər və beynəlxalq təşkilatlar Əfqanıstana yardım paketi ayırır"

Böyük Britaniya Əfqanıstanla qonşu olan dövlətlərə - Pakistan, Tacikistan, Özbəkistan, Türkmənistan və İrana əfqan qaçqınlarına sığınacaq verilməsi ilə bağlı 41,5 milyon dollar ayırıb.

AZƏRTAC Qırğızıstanın “centralasia.media” portalına istinadla xəbər verir ki, bu vəsaitin 14 milyonu təcili olaraq humanitar təşkilatların hesabına köçürüləcək, 28 milyon isə adı çəkilən dövlətlərə göndəriləcək.

Bundan əvvəl isə Avropa İttifaqı elan etmişdi ki, bu məqsədlə Əfqanıstanla qonşu olan dövlətlər üçün 600 milyon dollar həcmində vəsait ayırmaq fikrindədir.

Materialda bildirilir ki, “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsi ilə bu ölkədən qonşu dövlətlərə 10 minlərlə qaçqının gəlməsi gözlənilir.