|
Prezident İlham Əliyev Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medallar qazandıran idmançılarımızı təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısı bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”, - deyə Prezident İlham Əliyev qeyd edib.

613317b3454d5613317b3454d61630738355613317b3454d1613317b3454d3.jpg (105 KB)