|
Direktor müavinindən tibb peşəsinə sevgisi olanlara MÜRACİƏT

"Son vaxtlar bəzi abituriyentlər ali məktəblərə qəbul olmadıqlarına və kənarda qalmamağa görə tibb kollecinə sənəd verirlər".

Bunu Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktor müavini Vəfa Əliyeva deyib.

Onun sözlərinə görə, tibbə sevgisi olmayan şəxslər qəbul olub bir neçə aydan sonra təhsili yarımçıq qoyurlar: “Həmin şəslər tibbə sevgisi olan şəxslərin yerlərini tuturlar. Ona görə də xahiş edirəm ki, kollecə mütləq tibbə sevigisi olanlar müraciət etsinlər”.