|
İlayda Alişan məşhur serialda
“Tv8” telekanalında yayımlanan “Kırmızı oda” serialına yeni aktrisa daxil olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rolunu Binnur Kayanın paylaşdığı ekran işində İlayda Alişan da rol alacaq.

 

Qeyd edək ki, aktrisa sonuncu dəfə “Masumiyet” serialında baş rollardan birini canlandırıb.