|
Bakıda mənzildə 33 yaşlı kişi meyiti tapılıb

Bakıda mənzildə 33 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1988-ci il təvəllüdlü Babayev Cavid Əlövsət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.