|
Mərkəzi Bankın valyuta ehtiyatları 8 faizdən çox artıb

2021-ci il sentyabrın 1-ə olan vəziyyətə görə, Mərkəzi Bankın valyuta ehtiyatları 7,043 milyard dollar təşkil edib.

Bu barədə Mərkəzi Bankın hesabatında məlumat verilib.

Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artıb.

Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 8,4 faiz və ya 546,1 milyon dollar artıb.