|
Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 1-də 71,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,36 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel azdır.