|
Gürcüstanda uşaqların karonavirus əlehinə  peyvəndlənməsi müzakirə olunur.

 

 Cia .az xəbər verir ki, Milli Xəstəliklər Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze 12 yaşdan yuxarı uşaqların aşılanmasını müzakirə edəcəklərini  bunun üçün  Ümumdünya  Səhiyyə təşkilatının qərarlarını gözlədiklərini bildirib. Qamğrelidze qeyd edib ki, daxili məsləhətləşmələr aparılır, bir çox olkənin nümunələri nəzərdən keçirilir.

Mərkəz rəhbərinin sözlərinə görə, virusun nisbəti 4%-dən aşağı olarsa, sinif otaqlarında tədris prosesi bərpa ediləcək. Qamğrelidze məktəb müəllimlərinin və idarə  heyətinin, həmçinin 12 yaşdan yuxarı  şagirdlərin aşılanmasının zəruriliyini vurğulayıb.

Cia.az