Repetitor- bu model son illər meydana gəlib. Əvvəllər şagirdlər orta məktəblərdə aldıqları bilik hesabına ali məktəblərə daxil olurdular. Şagirdlərin müəllim yanına gedib-gəlməsi , müəllimə xüsusi ianə xərcləməsi və bütün bunların valideyn tərəfindən nəzarətə götürülməsi valdeynlərdə rahatlıq yaratsa da, əlavə xərc, vəsait tələb edir. Valideynlər övladlarını repetitor yanına göndərməklərini orta məktəblərdə dərslərin normal keçirilməməsi ilə əlaqələndirirlər.
Müəllimlər savadsızdırsa, repetitor yanına gedən uşaqlara kim bilik öyrədir?
Bu gün əksər valideynlər 1-ci sinifə gedən uşağını repetitor yanına qoyur.Səbəbini isə tədris proqramının həddindən artıq ağır olması ilə əlaqələndirirlər. Ailədə məktəbli, abituriyent varsa, ailənin taleyi repetitorlardan asılı vəziyyətə düşür. Ekspertlərin fikrincə, repetitor yanına getmək sağlamlıq, sosiallaşma digər tərəfdən ailələrin büdcəsinə ziyandır.Niyəsə müəllimlər sinif otaqlarında dərs keçmək marağında deyillər. Çünki dərsdən kənar repetitorluqla daha çox gəlir əldə edirlər. Bu səbəbdən də, məktəblərdə özlərini mənəvi cəhətdən yorğun hesab edir, nəticə olaraq isə dərsi zəif başa salırlar və yaxud ,ümumiyyətlə başa salmırlar. Sözün qısası, dərs keçmək iqtidarında olmurlar.Repetitor yanına getməyin səbəbləri də müxtəlifdir. Repetitora müraciət edənlərin əsas hissəsi obyektiv və subyektiv səbəblərdən məktəbdəki tədrisdə uğur qazana bilməyənlərdir. İnsanda sual yaranır, niyə məktəbdə uğur qazana bilməyən şagird repetitor yanında müvəffəqiyyət qazanmağa nail olur. Deməli, şagirdin uğuru müəllimin dolanmasındadır.Məktəblərimizdə acınacaqlı vəziyyət davam edir. İstər pandemiyadan əvvəl, istər pandemiya vaxtı şagirdlər məktəbdə təhsil və tədrisi mənimsəmək əvəzinə bilik qazanmaq üçün müəllim evlərinə üz tuturlar. Bu şəraiti yaradan müəllimlər aşağı maaşı bəhanə edərək, təhsilin keyfiyyətinin aşağı düşməsini aşağı maaşla əlaqələndirirlər.
Müəllimlər yanlarına gəlməyən uşağın qiymətlərini aşağı salır?
Müəllimlərin əksəriyyəti hazırlığa gəlməyən uşaqların qiymətini aşağı salırlar. Valideynlər də məcbur olub uşaqlarını hazırlığa qoyurlar.Əgər şagird öz müəllimini qoyub digər müəllimin yanına hazırlığa gedirsə, müəllim həmin şagirdi gözdən salır, açıq şəkildə ondan narazılığını bildirir. Şagirdin dərsə hazırlığının səviyyəsindən asılı olmayaraq, şagirdə aşağı qiymət yazır, yanına gəlməyəcəyi təqdirdə qiymətinin qalxmayacağını bəyan edir. Sözün həqiqi mənasında şantajla repetitorluğa nail olurlar.
Əvvəllər məktəblərdə xüsüsi qrup olardı, üzrlü səbəbdən övladının təhsilinə zaman ayıra bilməyən valideynlərin övladları ev tapşırıqlarını qruplarda hazırlayardılar.
10-11 ci sinifləri kağız üzərində fəaliyyət göstərir.
Repetitorluq təhsilimizin baş bəlasına çevrilib. Orta məktəblərin 10-11 ci sinifləri kağız üzərində fəaliyyət göstərir. Valideynlər övladlarını məktəbdən yayındıraraq, əlavə imkanlara-repetitorlardan yararlanırlar.
Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanında repetitor yanına getməyən şagirdlər də yaxşı nəticə göstərirlər. Bəzi məktəblərdə repetitorluq dərs vaxtlarında həyata keçirilir.
Tədrisin lazimi səviyyədə olmaması şagirdləri repetitor yanına sürükləyir.
Müəllim yanına gedən şagirdlər dərslərdə iştirak etmir, direktorla müqavilə bağlayaraq dərslərdən yayınırlar. Şagirdlərin dərsdən yayınması repetitorluq edən müəllimin karına gəlir, sövdələşmədə udan tərəflərdən biri isə direktor olur. Şagirdlər ancaq yoxlama olan vaxtlarda ayın müəyyən günlərini sinif otaqlarına ayaq basırlar. Belə xoşagəlməz hallar isə məktəb mühitinin dağılmasına gətirib çıxarır.
Ölkədə belə bir rəy yaranıb ki, repetitor yanına getməyən şagirdin universitetə qəbul olması qeyri- mümkündür.
Məktəb və müəllimlər öz işlərinin öhdəsindən gəlsəydi, çətin zamanda valdeynlər əlavə repetitora vəsait xərcləməzdi. Tədrisin lazimi səviyyədə olmaması şagirdləri repetitor yanına sürükləyir.
Yuxarı siniflərdə tədris pozulub,sinif otaqları boşaldılaraq, repetitorluq adlı biznes şəbəkəyə təhvil verilib.
Repetitorluğun kütləvi hal almasında, uzun müddətli fəaliyyətində aidiyyatı məsul qurumların da mühüm rolu var.
Cia.az
